Qelebə.az / "Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

12-10-2022, 10:41

"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda əməliyyat olunub.

"Report"un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tviter hesabında bildirib.

Yaponiyalı oyunçu dizindən əməliyyat edildiyini diqqətə çatdırıb: "Tezliklə qayıdacağam. Mümkün qədər uzun müddət oynamaq istəyirəm".

Qeyd edək ki, hazırda azad agent olan Keysuke Honda son olaraq Litvanın "Suduva" klubunda çıxış edib. Yarımmüdafiəçi 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub.

Geri qayıt