Qelebə.az / Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

11-10-2022, 22:17

"Rəqibin səviyyəsini əvvəldən bilirdik. Təsadüfi deyil ki, dünya reytinqdə 7-ci yerdə gedirlər".

"QELEBE.AZ"un məlumatına görə, bunu Yunanıstan millisinin baş məşqçisi Yannis Tsiavas evdə Azərbaycana 0:7 hesabı ilə uduzduqları dünya çempionatının əsas seçmə mərhələ oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandanın heyətində keyfiyyətli braziliyalı oyunçular var: "Biz bu qrupda özümüzü yüksək səviyyəli rəqiblərə qarşı sınamaq və təcrübə qazanmaq üçün mübarizə aparırıq".

Tsiavasın sözlərinə görə, hesab böyük olsa da, komandası meydanda sonadək mübarizə aparıb: "Bir neçə qol fürsəti yaxalasaq da, istifadə edə bilmədik. Düzəltmək olduğumu bir neçə məqam var. İnanıram ki, zəhmətimiz sayəsində uğur qazanacağıq".

Geri qayıt