Qelebə.az / "Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

11-10-2022, 18:26

Yunanıstan "Olimpiakos"u "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur oyunu üçün Bakıya 24 futbolçu gətirəcək.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, bunların 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Geri qayıt