Qelebə.az / AFFA "Zirə" klubunu cərimələyib

AFFA "Zirə" klubunu cərimələyib

11-10-2022, 14:19

AFFA İntizam Komitəsi "Zirə" klubunu 80 manat məbləğində cərimələyib.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna "qartallar"ın əvəzedici komandasının I Divizionun VI turunda "Araz Naxçıvan"la görüşündə meydançanın sulanmasını 19 dəqiqə gecikdirməsi səbəb olub.

Qeyd edək ki, qarşılaşma "Araz Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Geri qayıt