Qelebə.az / Azərbaycan atıcıları Dünya Kubokunda çıxış edəcəklər

Azərbaycan atıcıları Dünya Kubokunda çıxış edəcəklər

24-01-2024, 12:12

Azərbaycan atıcıları Nigar Nəsirova və Ruslan Lunyov Misirin paytaxtı Qahirədə keçiriləcək Dünya Kubokunda çıxış edəcəklər.

“Report”un məlumatına görə, Ruslan Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança və 25 m məsafədən tapança ilə sürətli atəş açmada qüvvəsini sınayacaq.

Nigar Nəsirova isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında mübarizə aparacaq.

Onlar həmçinin 10 m məsafədən pnevmatik tapança ilə atəş açma üzrə qarışıq komanda yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, bu gün startı veriləcək Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.

Geri qayıt