Qelebə.az / Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

11-10-2022, 11:40

Yunanıstanın "Olimpiakos" komandasının futbolçusu Şime Vrsalko Bakıda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda iştirak edə biləcək.

"Report" "Redking" nəşrinə istinadən xəbər verir ki, OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.

Xorvatiya millisinin üzvü Pirey təmsilçisinin məşqlərinə qoşulub.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.

Geri qayıt