Qelebə.az / Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

11-10-2022, 12:01

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib. 

"QELEBE.AZ"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda İsveçrə təmsilçisi Daniel Eyxə qalib gəlib.

Kotsoyev daha sonra qazaxıstanlı Nurluxan Şarxanı mübarizədən kənarlaşdırıb. Onun növbəti görüşü portuqaliyalı Jorje Fonsekaya qarşı olacaq. 

08:58

Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"QELEBE.AZ"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gələcək.

İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Geri qayıt