Qelebə.az / Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

11-10-2022, 08:58

Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gələcək.

İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Geri qayıt