Qelebə.az / Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ardıcıl ikinci qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ardıcıl ikinci qələbəsini qazanıb

17-01-2024, 17:54

Azərbaycan Basketbol Liqasında XI tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında “Sərhədçi” “Şəki” ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 112:82 hesablı qələbəsi ilə bitib.

Ötən turda "Cəlilabad"ı üstələyən (97:92) paytaxt təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, bu gün həmçinin "Neftçi" - "Cəlilabad" görüşü keçiriləcək. Turun digər matçları isə 19 və 21 yanvarda olacaq.

Geri qayıt