Qelebə.az / Ramil Şeydayev: “Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım”

Ramil Şeydayev: “Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım”

17-01-2024, 16:04

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım”.

“Report”un məlumatına görə, bunu Türkiyənin “Kocaelispor” klubuna keçən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev təqdimat mərasimində deyib.

28 yaşlı hücumçu TFF I Liqa təmsilçisi ilə uğurlu mövsüm keçirmək istədiyini bildirib: “Transfer danışığı uzun sürdü. Amma bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da olmaq, burada oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda birlikdə sevinəcəyik”.

Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.

Geri qayıt