Qelebə.az / “Araz-Naxçıvan” futbolçusunu icarəyə verib

“Araz-Naxçıvan” futbolçusunu icarəyə verib

16-01-2024, 17:42

“Araz-Naxçıvan” klubu futbolçusu Bayraməli Qurbanovu icarəyə verib.

“Report”un Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını I Liqada keçirəcək.

O, mövsümün sonuna qədər “Difai” klubunun formasını geyinəcək.

Qeyd edək ki, Bayraməli Qurbanov bu mövsüm Premyer Liqanın 9 oyununda 109 dəqiqə meydanda olub.

Geri qayıt