Qelebə.az / Azərbaycan boksçuları Millətlər kubokunda mübarizəyə başlayırlar

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizəyə başlayırlar

16-01-2024, 17:20

Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək.

"QELEBE.AZ"un məlumatına görə, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (81 kq) böyüklərin yarışında mübarizə aparacaq. Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) isə gənclər arasında qüvvələrini sınayacaqlar.

Yarışda ölkəmizi Məsməxanım Səlimova hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Millətlər kubokuna 10 ölkədən 102 boksçu qatılıb.

Geri qayıt