Qelebə.az / "Atletiko" ilə İspaniya çempionu olan müdafiəçi vəfat edib

"Atletiko" ilə İspaniya çempionu olan müdafiəçi vəfat edib

16-01-2024, 14:32

"Atletiko" klubunun heyətində İspaniya çempionu olan Xorxe Qriffa dünyasını dəyişib.

"Report" Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq müdafiəçi 89 yaşında vəfat edib.

Qeyd edək ki, Xorxe Qriffa 1959-1969-cu illərdə "Atletiko"nun formasını geyinib. O, paytaxt klubunun heyətində 247 matçda meydana çıxıb və 6 qol vurub. Qriffa 1966-cı ildə İspaniya çempionu olub.

Geri qayıt