Qelebə.az / “Səbail” yoxlama görüşündə Rusiya klubuna məğlub olub

“Səbail” yoxlama görüşündə Rusiya klubuna məğlub olub

15-01-2024, 19:49

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” ikinci yoxlama oyununu keçirib.

“QELEBE.AZ”un məlumatına görə, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi “Fakel”lə üz-üzə gəlib.

Matçın taleyini 1 qol həll edib. Voronejlilər 69-cu dəqiqədə penaltidən vurduqları yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk yoxlama görüşündə Rumıniya yüksək liqasında çıxış edən “Universitatya Kluj”la qolsuz bərabərə qalıb.

Geri qayıt