Qelebə.az / "Turan Tovuz" daha bir yoxlama oyununda məğlub olub - YENİLƏNİB

"Turan Tovuz" daha bir yoxlama oyununda məğlub olub - YENİLƏNİB

15-01-2024, 18:54

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ikinci yoxlama oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Özbəkistanın "Nasaf" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan klubunun məğlubiyyəti ilə yekunlaşıb - 2:4.

13:52

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti yoxlama oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Macarıstan təmsilçisi “Şiofok” ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 2:0. Tovuz klubu bu gün, Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanın "Nasaf" kollektivi ilə görüşəcək.

Premyer Liqa təmsilçisi ilk matçında Rumıniyanın “Voluntari” komandasına uduzmuşdu - 0:2.

Geri qayıt