Qelebə.az / Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

10-10-2022, 17:19

"Bundan sonrakı karyeramı pul qazanmaq üçün deyil, sevdiyim işlə daha çox məşğul olmaq üçün davam etdirəcəyəm".

Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov deyib.

Hazırda "Zirə" klubunda çıxış edən 35 yaşlı müdafiəçi futbolu aktiv şəkildə bitirmək istədiyini söyləyib: "Bu cür vidalaşmaq hər oyunçunun əsas istəyidir. Yəqin siz də izləmisiniz. "Zirə" - "Şamaxı" matçından sonra baş məşqçi Rəşad Sadıqov mənim barəmdə danışıb. Qeyd edib ki, Ruslan hələ daha 1-2 il oynaya bilər. Əlbəttə, baş məşqçimin bu cür fikri mənim üçün böyük motivasiya oldu. Futbol oynamaq, məşq etmək həyat tərzimdir".

Ruslan Abışovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt