Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda növbəti matçına çıxıb.
"Report" xəbər verir ki, 24 yaşlı hücumçu Superliqanın XX turunda "Pedikspor"la matça start heyətində başlayıb.
Qarşılaşma 1:1 hesabı ilə bitib. Dadaşov görüşün 61-ci dəqiqəsində əvəzlənib.
Meydan sahiblərindən Manuel Rivas 47-ci dəqiqədə hesabı açıb. Qonaqlardan Leandro Kappel 90+4-cü dəqiqədə tarazlığı bərpa edib. Xallarının sayını 21-ə çatdıran "Hatayspor" hazırda 14-cü pillədə qərarlaşıb.