Qelebə.az / "Araz-Naxçıvan" daha iki futzalçının transferini açıqlayıb

"Araz-Naxçıvan" daha iki futzalçının transferini açıqlayıb

13-01-2024, 16:28

"Araz-Naxçıvan" heyətini yeni futzalçılarla gücləndirib.

Azərbaycan Futzal Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, son ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçi transfer edib.

Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı oyunçu ilə anlaşma mövsümün sonuna qədərdir.

“Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonunadək “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santosla anlaşıb.

Geri qayıt