Qelebə.az / Həndbol üzrə Azərbaycan çempionatı: Lider növbəti qələbəsini qazanıb

Həndbol üzrə Azərbaycan çempionatı: Lider növbəti qələbəsini qazanıb

13-01-2024, 15:09

Kişi həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha iki oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, "Təhsil" "İdman Akademiyası"na (30:28), "Kür" isə "Bakı"ya (26:20) qalib gəlib.

Qeyd edək ki, "Kür" 12 xalla liderdir. "Bakı", "Qarabağ" və "Azəryol"un hərəyə 8, "Təhsil" və "İdman Akademiyası"nın hərəyə 2 xalı var. Sonuncu sıradakı "Dinamo" isə xalsızdır.

Geri qayıt