Qelebə.az / "Zaqreb Open": Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

"Zaqreb Open": Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

13-01-2024, 09:45

Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq), qadınlardan isə Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl bu növdə Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də bürünc mükafata sahib çıxıb.

Geri qayıt