Qelebə.az / "Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək

"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək

13-01-2024, 10:17

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.

"QELEBE.AZ" xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Sportverein Valdhof”la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

"Ağ-qaralar" ilk görüşündə Türkiyənin “Erzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.

Geri qayıt