Qelebə.az / "Səbail" Rumıniya klubu ilə heç-heçə edib

"Səbail" Rumıniya klubu ilə heç-heçə edib

12-01-2024, 19:56

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" ilk yoxlama oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rumıniya yüksək liqasında çıxış edən “Universitatya Kluj”la üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama matçını yanvarın 15-də Rusiya Premyer Liqasının klubu “Fakel”ə qarşı keçirəcək.

Geri qayıt