Qelebə.az / Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun açıqlanıb

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun açıqlanıb

12-01-2024, 14:44

"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının açıqladığı proqramda bildirilib.

Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

Geri qayıt