Qelebə.az / Azərbaycanın gənc voleybolçuları Polşada keçirilən çempionatda ilk matçına çıxıb

Azərbaycanın gənc voleybolçuları Polşada keçirilən çempionatda ilk matçına çıxıb

12-01-2024, 00:29

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib - 0:3 (17:25, 11:25, 22:25).

U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Geri qayıt