Qelebə.az / "Sabah"ın Ukrayna klubu ilə yoxlama oyununun vaxtı açıqlanıb

"Sabah"ın Ukrayna klubu ilə yoxlama oyununun vaxtı açıqlanıb

11-01-2024, 20:31

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" hazırlıq çərçivəsində növbəti yoxlama oyununu Ukraynanın "Vorskla" klubuna qarşı keçirəcək.

"QELEBE.AZ" xəbər verir ki, bu matçın başlama saatı da açıqlanıb.

Qarşılaşma yanvarın 14-də, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" Antalyadakı ilk sınaq matçında "Rapid"ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

Geri qayıt