Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandası heyətinə daha bir oyunçu qatıb.
Bu barədə "Report"a paytaxt təmsilçisindən məlumat verilib.
Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ABŞ-dən olan Leon Gilmore ilə güclənib. Basketbolçu artıq klubun düşərgəsindədir.
Qeyd edək ki, "Sərhədçi" bundan əvvəl Troy Dilan Kraknell və Kaleb Melikan Hanteri heyətə cəlb edilmişdi.