Qelebə.az / Türkiyə Superliqasında legioner limiti dəyişdirilib

Türkiyə Superliqasında legioner limiti dəyişdirilib

11-01-2024, 12:38

Türkiyə Superliqasında legioner limiti dəyişdirilib.

“QELEBE.AZ” xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı məlumat yayıb.

Qərara əsasən, 2024/2025 mövsümündən etibarən klubların transfer etdikləri əcnəbi futbolçu sayı 14-dən 12-yə endiriləcək. Limit üç mövsüm bu qaydada tətbiq edildikdən sonra say 11-ə düşəcək. Ancaq oyun günü iştirak ərizəsində limit tətbiq edilməyəcək.

Bundan başqa, əsas komandanın mövsümlük iştirak ərizəsində oyunçu sayı 30-dan 26-ya endiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasında komandalar matçların start heyətində maksimum 8 əcnəbi oynaya bilirlər.

Geri qayıt