Qelebə.az / "Kəpəz" yoxlama oyununda "Qəbələ"yə qalib gəlib

"Kəpəz" yoxlama oyununda "Qəbələ"yə qalib gəlib

10-01-2024, 16:01

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən iki komanda yoxlama oyununda üz-üzə gəlib.

"Report"un məlumatına görə, Premyer Liqada ilk yarıdan sonra autsayderlər qrupunda qərarlaşan “Qəbələ” ilə “Kəpəz” qarşılaşıblar.

Qəbələ şəhər stadionunda təşkil olunan matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açıb. Qonaqlardan Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. "Qəbələ"nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub.

Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.

Qeyd edək ki, 14 xala malik komandalar 9-10-cu yerləri bölüşdürürlər.

Geri qayıt