Qelebə.az / “NTD-İndiqo”nun yeni transferi: “Azərbaycan çempionu olmaq istəyirəm”

“NTD-İndiqo”nun yeni transferi: “Azərbaycan çempionu olmaq istəyirəm”

10-01-2024, 16:27

“Azərbaycan çempionu olmaq istəyirəm”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “NTD-İndiqo”nun basketbolçusu Qalen Smit klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Xaçmaz təmsilçisinə yeni transfer olunan 25 yaşlı oyunçu keçidini dəyərləndirib: “NTD-İndiqo”nun bir hissəsi olmaqdan məmnunam. Agentim mənə dedi ki, Azərbaycandan təklif var. Onu qəbul etməyə qərar verdim”.

Basketbolçu yeni komandasına titullar qazanmaqda kömək etmək istədiyini söyləyib: “İddialı komandamız var. Azərbaycan Liqası haqqında ətraflı məlumatım yoxdur. Ancaq buraya gəlməzdən əvvəl “NTD-İndiqo”nun bir neçə oyununa baxdım. Komanda çox yaxşı təəssürat yaratdı. Klubuma titullar qazanmaqda kömək etmək istəyirəm”.

Qeyd edək ki, son olaraq Gürcüstanın “Kavkasia” klubunda çıxış edən Qalen Smit “NTD-İndiqo” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. Komanda Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 17 xalla ikinci pillədə qərarlaşıb. Lider “Sabah” da eyni xala malikdir.

Geri qayıt