"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliyanın "Braqa" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
"QELEBE.AZ" yerli "Record" nəşrinə istinadən xəbər verir ki, komanda Braziliya təmsilçisi "Qremio"da çıxış edən Qustavo Martinslə maraqlanır.
Portuqaliya klubu 21 yaşlı müdafiəçi üçün 3,5 milyon avro təklif edib. Braziliyalı oyunçu ölkəsinin olimpiya komandası hesab edilən U-23 yığmasının da üzvüdür.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.