Qelebə.az / “İdman Filmləri və Milli Televiziya Festivalı”nda yenilik tətbiq ediləcək

“İdman Filmləri və Milli Televiziya Festivalı”nda yenilik tətbiq ediləcək

10-01-2024, 11:41

“İdman Filmləri və Milli Televiziya Festivalı”nda yenilik tətbiq ediləcək.

“Report” xəbər verir ki, bu barədə festivalın baş prodüseri Arzu Qulamov mətbuat konfransında məlumat verib.

Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Milli Olimpiya Komitəsinin inzibati binasında baş tutan tədbirdəki çıxışında göstərilən marağa sevindiyini bildirib: “Öncəki festivala 70 layihə təqdim olunmuşdu. İlkin seçimdən sonra 40 layihə əsas festivalın gündəliyinə salınmışdı. Budəfəki festivalda yenilik tətbiq etmək qərarına gəlmişdik. “Oscar” sistemi olacaq. 5 nominasiyadan ikisi qadınlar arasında olacaq. Bunun adı “Zərif qəhrəman” adlanacaq”.

O, tərtib edilən digər layihələr barədə də məlumat verib. A.Qulamov video məhsulların hazırlanmasında hər kəsi onlarla sıx əməkdaşlığa dəvət edib: “Bu festival ona görə yaradılıb ki, insnalar əməklərinin bəhrəsini görsünlər. Bu ildən etibarən festivala ictimai qurumlar və özəl şirkətlər də maraq göstərirlər. Artıq 15-20 layihə təqdim olunub”.

Geri qayıt