"Xırdalan" komandası basketbolçusu İsmayıl Məmmədovla yollarını ayırıb.
Bu barədə "QELEBE.AZ"a klubun mətbuat xidmətindən məlumat verilib.
Komanda 38 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Xırdalan" Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb.