Qelebə.az / Premyer Liqanın autsayderləri bu gün yoxlama görüşündə üz-üzə gələcəklər

Premyer Liqanın autsayderləri bu gün yoxlama görüşündə üz-üzə gələcəklər

10-01-2024, 10:36

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən iki komanda bu gün yoxlama görüşündə üz-üzə gələcəklər.

“Report”un məlumatına görə, Premyer Liqada ilk yarıdan sonra autsayderlər qrupunda qərarlaşan “Qəbələ” ilə “Kəpəz” qarşılaşacaqlar.

Qəbələ şəhər stadionunda təşkil olunacaq matç saat 14:00-da başlayacaq. Bu, hər iki komandanın hazırlıq çərçivəsində ilk sınağı olacaq.

Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.

Geri qayıt