Qelebə.az / "Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

"Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

10-10-2022, 10:56

"Qarabağ"ın futbolçusu Filip Ozobiç həm Azərbaycan Premyer Liqasında, həm də klubunda yubiley qoluna imza atıb.

"QELEBE.AZ"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi buna "Qəbələ"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri IX tur matçında fərqlənməklə nail olub.

Özobiç çempionatda özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb.

Yarımmüdafiəçi Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.

Qeyd edək ki, Filip Ozobiç Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.

Geri qayıt