Qelebə.az / ASAPES-in rektoru: "Hamını üzgüçülük hovuzunun imkanlarından maksimum istifadə etməyə çağırırıq"

ASAPES-in rektoru: "Hamını üzgüçülük hovuzunun imkanlarından maksimum istifadə etməyə çağırırıq"

9-01-2024, 14:46

"Nəinki bizim tələbələri, üzgüçülüklə məşğul olanları, uşaqdan-böyüyə kimi hamını üzgüçülük hovuzunun imkanlarından maksimum istifadə etməyə çağırırıq".

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev Bakıda yeni istifadəyə verilən üzgüçülük hovuzunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tədris müəssəsi üçün əlamətdar gündür: "Çünki biz Heydər Əliyevin 100 illik yubiley tədbirləri ilə bağlı ADBTİA-nın üzgüçülük hovuzunu yenidən qurduq və üzgüçülük tədris korpusunun əsaslı təmirini həyata keçirdik. Əsas məsələ odur ki, burda su idman növlərinin bir neçəsi - üzgüçülük, suya tullanma, sinxron üzgüçülük, su polosu və suyun dərinliyinə baş vurma üzrə həm tədris, həm təlim-məşq toplanışları, həm də yarışlar keçiriləcək. Tələbələrimizin də bu hovuzun imkanlarından maksimum yararlanmaq və bir mütəxəssis kimi yetişmək imkanları olacaq. Gördüyünüz kimi, üzgüçülük hovuzu çoxfunksiyalıdır, müvafiq avadanlıqlarla təchiz olunub və müasir standartlara cavab verir".

Geri qayıt