Qelebə.az / “Sabah” bu gün Türkiyədə ilk yoxlama görüşünü keçirəcək

“Sabah” bu gün Türkiyədə ilk yoxlama görüşünü keçirəcək

9-01-2024, 10:29

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirəcək.

“Report”un məlumatına görə, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə qarşılaşacaq.

Buxarest komandasına qarşı matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Mardan” İdman Kompleksinin ehtiyat meydanında reallaşacaq.

Yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək Murad Musayevin kollektivi daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.

Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasının ilk yarısından sonra 22 xalla 8-ci pillədə qərarlaşıb. Bakılılar XIX tur çərçivəsində yanvarın 21-də “Neftçi” ilə qarşılaşacaqlar.

Geri qayıt