Qelebə.az / “Barselona”nın futbolçusu zədələnib

“Barselona”nın futbolçusu zədələnib

8-01-2024, 17:47

İspaniyanın “Barselona” klubunun futbolçusu İniqo Martines zədələnib.

“QELEBE.AZ”un kataloniyalıların rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı mərkəz müdafiəçisi İspaniya Kral Kubokunun 1/16 finalında “Barbastro” kollektivi ilə görüşdə sıradan çıxıb.

Matçın 64-cü dəqiqəsində sol ayağından xəsarət alan İspaniya millisinin üzvünün bud əzələsində problem aşkarlanıb. Onun yaşıl meydanlara qayıtma tarixi tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, rəqibini 3:2 hesabı ilə məğlub edən “Barselona” 1/8 finala yüksəlib.

Geri qayıt