Qelebə.az / "Səbail"in ciddi xəsarət alan futbolçusu yenidən MRT müayinəsindən keçəcək

"Səbail"in ciddi xəsarət alan futbolçusu yenidən MRT müayinəsindən keçəcək

7-01-2024, 14:08

“Səbail”in futbolçusu Ağabala Ramazanov mart-aprel aylarında yenidən Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçəcək.

Bu barədə "QELEBE.AZ"a "dənizçilər"in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bundan sonra həkimlər yanvarın 20-də 31 yaşı tamam olacaq hücumçunun nə vaxt məşqlərə qoşulması ilə bağlı qərar verəcəklər: "Hələlik onun müalicəsi ev şəraitində davam edir".

Qeyd edək ki, Ağabala Ramazanov "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb. Forvard görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb.

Geri qayıt