Qelebə.az / Braziliyalı əfsanəvi futbolçu klub prezidenti olub

Braziliyalı əfsanəvi futbolçu klub prezidenti olub

7-01-2024, 13:28

Braziliya yığmasının sabiq futbolçusu Romario ölkəsinin "Amerika" klubunun prezidenti olub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Rio-de-Janeyro təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Amerika" Braziliyanın ən köklü klublarından biridir. Komanda hazırda Rio-de-Janeyro əyalətinin Ali Liqasında - Karioka çempionatında mübarizə aparır.

Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın "Barselona" və Niderlandın PSV klublarının da formasını geyinib.

Geri qayıt