Qelebə.az / “Sumqayıt" klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb

“Sumqayıt" klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb

6-01-2024, 16:56

“Sumqayıt" klubu təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanıb.

"Report"un məlumatına görə, Premyer Liqa təmsilçisi Antalya şəhərinin Lara bölgəsində hazırlıq keçəcək.

Komanda yanvarın 17-dək davam edəcək hazırlıq prosesi çərçivəsində iki yoxlama oyununda gücünü sınayacaq. Samir Abasovun yetirmələri yanvarın 12-də "Hermanştadt" (Rumıniya), 16-da isə "Soqdiana" (Özbəkistan) klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada ilk yarıdan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb.

Geri qayıt