Qelebə.az / Benzema Səudiyyə Ərəbistanı klubunun düşərgəsini tərk edib

Benzema Səudiyyə Ərəbistanı klubunun düşərgəsini tərk edib

30-12-2023, 16:04

Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının son iki məşqini buraxıb.

"QELEBE.AZ" AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bu gün "Əl-Tai" ilə çempionat oyununda meydana çıxmayacaq.

Fransalı forvard "Əl-İttihad"in məskunlaşdığı Ciddə şəhərini də tərk edib. Onun niyə bu addımı atdığı açıqlanmayıb. Benzemanın klub rəhbərliyi ilə münaqişə yaşaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, futbolçu "Əl-Nəsr"ə 2:5 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabını silib.

Geri qayıt