Qelebə.az / "Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

31-08-2022, 17:30

"Çətin rəqiblə düşmüşük".

Bunu "Report"a müsahibəsində "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov U-19 komandasının UEFA Gənclər Liqasının I mərhələsində Xorvatiya "Hayduk"una rəqib olmaları barədə danışarkən deyib.

Bununla belə, 44 yaşlı funksioner gənclərə inamlarının böyük olduğunu bildirib: "Əsas məqsəd gənclərin lazımi təcrübə qazanmalarıdır. Turnirdə layiqli çıxış etmək üçün komandanın hazırlığına şərait yaradılacaq".

"Qırmızı-qaralar" "Hayduk"la ilk matçını sentyabrın 14-də səfərdə, cavab görüşünü isə oktyabrın 5-də Qəbələdə keçirəcək. "Qəbələ" mərhələ adlayacağı təqdirdə II mərhələdə "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi ilə görüşəcək. İlk görüş oktyabrın 26-da səfərdə, cavab qarşılaşması isə noyabrın 2-də evdə gerçəkləşəcək.

Fariz Nəcəfovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt