Qelebə.az / "Sumqayıt"ın futbolçusu əməliyyat olunub

"Sumqayıt"ın futbolçusu əməliyyat olunub

25-12-2023, 16:29

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub.

"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, yarımmüdafiəçi sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu alınıb. Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.

Geri qayıt