Qelebə.az / Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

9-10-2022, 12:56

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb.

Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.

Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olacaq.

09:12

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 81 kq-da çıxış edən Elcan Hacıyev 1/32 finalda böyük britaniyalı Laçlan Morheadla qarşılaşıb. Rəqibinə ipponla uduzan idmançı yarışla vidalaşıb.

Azərbaycanın bu çəki dərəcəsindəki digər təmsilçisi Səid Mollayi isə mübarizəyə 1/16 finaldan qoşulacaq. Onun rəqibi Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi olacaq.

Qeyd edək ki, dünya çempionatında daha əvvəl tatami üzərinə çıxmış Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Geri qayıt