Qelebə.az / Azərbaycan klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

Azərbaycan klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

23-12-2023, 13:13

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb.

“QELEBE.AZ”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 26 yaşlı voleybolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Buna səbəb onun məşqçilər korpusunun etimadını doğrultmaması göstərilib. Anna Balberova mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, “Gəncə” Azərbaycan çempionatında 7 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.

Geri qayıt