Qelebə.az / “Real” İspaniya çempionatında məğlubiyyətsizlik seriyasını 12 matça çatdırıb

“Real” İspaniya çempionatında məğlubiyyətsizlik seriyasını 12 matça çatdırıb

22-12-2023, 05:23

“Real” ardıcıl 12 matçdır İspaniya çempionatında uduzmur.

“QELEBE.AZ” xəbər verir ki, Madrid klubu 9 oyunda qalib gəlib, üç dəfə heç-heçə edib.

Xatırladaq ki, İspaniya çempionatının XVIII turunun matçında "Alaves" "Real"ı qəbul edib. Vitoriyada, “Mendisorroza” stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"a qələbə qazandıran qolu 90+2-ci dəqiqədə Lukas Vaskes vurub. "Real" Naço Fernandezin meydandan qovulmasından sonra, 54-cü dəqiqədən azlıqda çıxış edib.

“Real” 45 xalla turnir cədvəlində birinci pilləyə qayıdıb. İkinci yerdə qərarlaşan "Jirona" da eyni xala malikdir. "Alaves" isə 16 xalla 15-cidir.

İspaniya çempionatının növbəti turunda "Alaves" "Real Sosyedad", "Real" isə "Malyorka" ilə qarşılaşacaq. Bu görüşlər müvafiq olaraq yanvarın 2-də və 3-də baş tutacaq.

Geri qayıt