Qelebə.az / Azərbaycan Kuboku: "Araz-Naxçıvan" darmadağınla 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" darmadağınla 1/4 finala yüksəlib

19-12-2023, 14:50

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" I Liqada mübarizə aparan "İrəvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 24, 43, 45+4-cü (pen) dəqiqədə Aksel Nqando, 25 və 51-ci dəqiqədə Orxan Əliyev, 73-cü dəqiqədə Miço Kuzmanoviç, 80 və 83-cü dəqiqələrdə Elvis Maşike vurub. "İrəvan"da isə 16-cı dəqiqədə Vüsal Qənbərov və 37-ci dəqiqədə Vüsal Əsgərov adını tabloya yazdırıb.

"Araz-Naxçıvan" 1/4 finalda bu gün oynanılacaq "İmişli" - "Qəbələ" matçının qalibi ilə görüşəcək. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

Geri qayıt