Qelebə.az / Bundesliqa: "Bavariya" inamlı qələbə qazanıb

Bundesliqa: "Bavariya" inamlı qələbə qazanıb

18-12-2023, 02:02

Almaniya Bundesliqasında XV tur çərçivəsində “Bavariya” evində “Ştutqart”la qarşılaşıb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı H.Keyn ikinci dəqiqədə açıb. Futbolçu 55-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Görüşdə yekun hesabı M.Kim müəyyən edib.

Qələbə sayəsində “Bavariya” ikinci pillədəki yerini qoruyub (35 xal). “Ştutqart” isə 35 xalla dördüncüdür.

Geri qayıt