Qelebə.az / Azərbaycan gimnastları Özbəkistandakı turnirdə çempion olublar

Azərbaycan gimnastları Özbəkistandakı turnirdə çempion olublar

16-12-2023, 12:19

Batur gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl medala sahib çıxıblar.

Fərhad Mustafayev və Ömər Qasımlı gümüş medalla kifayətləniblər.

Geri qayıt