Qelebə.az / “Qarabağ”ın prezidenti Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək

“Qarabağ”ın prezidenti Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək

15-12-2023, 15:58

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub rəhbəri dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə komandanın rəqibinin müəyyənləşməsini canlı izləyəcək.

Qeyd edək ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Geri qayıt